Yaponiyanın baş naziri Fumio Kişida ABŞ prezidenti Co Baydenlə görüşüb, hansıki bu, Yaponiya hökumətini təhvil aldıqdan sonra Amerika lideri ilə onun ilk görüşüdür. SİA xəbər verir ki, bu barədə “Kyodo” hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hər iki liderin COP26 forumunda iştirak etdiyi Qlazqoda baş nazir Kişida ilə prezident Bayden arasında qısa üzbəüz görüş baş tutub. Liderlər artıq oktyabrın 5-də, Kişida baş nazir vəzifəsinə seçildikdən sonra telefonla danışıb, ondan sonra ilk dəfədir şəxsi görüş baş tutub.
Tərəflər azad və açıq Hind-Sakit Okean regionunun məqsədlərinə nail olmaq üçün müttəfiqlik əlaqələrinin, eləcə də sıx qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyib, regional məsələləri və iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, bu, Kişidanın baş nazir kimi ilk xaricə səfəridir. O, çərşənbə axşamı səhər Qlazqoya gedib. Forum çərçivəsində Kişida Böyük Britaniyanın baş naziri Boris Conson, Avstraliyanın baş naziri Skott Morrison və Vyetnamın baş naziri ilə görüşəcək. Həmin gün Kişida Tokioya uçacaq.
Xatırladaq ki, Qlazqoda keçirilən COP26 konfransı oktyabrın 31-dən noyabrın 12-dək davam edəcək. Tədbirlər proqramına əsasən, rəsmi danışıqlara paralel olaraq, konfransda cəmiyyətin bütün sektorlarının və qlobal iqtisadiyyatın iddialı iqlim fəaliyyətinə necə təkan verməsi diqqət mərkəzində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB