Pandemiya Yaponiyada intiharların sayını artırıb

2020-ci ildə Yaponiyada intiharların sayı son 11 ildə ilk dəfə pandemiyanın yaratdığı problemlərin birbaşa nəticəsi olaraq artıb. bu barədə rus mətbuatına istinad edir.

SİA bildirir ki, bu barədə hökumətin Nazirlər Kabinetinin iclasında təsdiq edilmiş hesabatında bildirilir.

Qeyd edilir ki, ötən il ölkədə 21 mindən çox insan həyatına son qoyub, bu da əvvəlki illə müqayisədə 912 nəfər çoxdur. Hesabata əsasən artım işləyən qadınlar arasında intiharların sayının çoxalması ilə bağlıdır. Onların əksəriyyəti saatlıq və ya müvəqqəti müqavilə əsasında işə götürülüb, müxtəlif karantin məhdudiyyətləri səbəbindən işdən çıxarılma və ödənişlərdə azalmalardan ən çox təsirə məruz qalan sosial qruplar arasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə