Boris Conson Hindistana səfər dəvətini qəbul edib

AQeyd edək ki, o Britaniyanın Hindistana səfər edən ikinci baş naziri olacaq
Boris Conson Hindistana səfər dəvətini qəbul edib

Böyük Britaniyanın Baş naziri Boris Conson hindistanlı həmkarı Narendra Modinin Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransı çərçivəsində keçirilən görüşdə Hindistana səfər dəvətini qəbul edib.

Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Hindistanın xarici işlər nazirinin birinci müavini Xarş Vardhan Şrinqla bildirib.

“Böyük Britaniyanın Baş naziri Boris Conson Baş nazir Modinin Hindistana səfər dəvətini qəbul edərək, səfərini şərait imkan verən kimi planlaşdırdığını bildirib”, – o deyib.

Modi və Conson bazar ertəsi Qlazqoda görüşüblər. Hindistan Xarici İşlər Nazirliyinin daha əvvəl bildirib ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, həmçinin Əfqanıstandakı vəziyyəti, terrorizmlə mübarizəni, Hind-Sakit okean regionunu, təchizat zəncirinin sabitliyini və dünya iqtisadiyyatının pandemiyadan sonra bərpasını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə