Tbilisidə erməni qızıl qaçaqmalçıları tutulub

Tbilisidə erməni qızıl qaçaqmalçıları tutulub

Tbilisi hava limanının nəzarət-buraxılış məntəqəsində Ermənistanın 2 vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, saxlanılanlardan qaçaqmalçılıq yolu ilə gətirilən 37 min lari (təxminən 12 min dollar) dəyərində 322,5 qram qızıl-zinət əşyası müsadirə edilib.

Ermənilərdən birinə 14 304 lari (təxminən 4400 dollar) dəyərində cərimə təyin olunub. Digərinin işi isə İstintaq xidmətinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə