Makron Skott tərəfindən aldadıldığını bildirir

Fransa prezidenti Emmanuel Makron əmindir ki, Avstraliyanın baş naziri Skott Morrisson onu yeni AUKUS təhlükəsizlik tərəfdaşlığı ilə bağlı aldadıb. SİA bu barədə xarici mətbuata istinad edir.

Fransa liderinin sözlərini BFM telekanalı sitat gətirib.

Avstraliyalı jurnalistin Morrisonun onu aldatdığını düşünməsi barədə suala Makron qəti cavab verib: “Mən bunu düşünmürəm, mən bilirəm”.

Fransa lideri eyni zamanda Avstraliyaya və onun xalqına çox hörmət etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə