Baydenin reytinqi rekord həddə düşüb

Baydenin reytinqi rekord həddə düşüb

ABŞ prezidenti Co Baydenin reytinqi vəzifəyə gəldikdən sonra ən aşağı səviyyəyə düşüb və 42 faizə çatıb. Son araşdırmanın nəticəsinə görə, ölkə başçısının reytinqi 44 faizdən bir qədər çox idi.

Trend xəbər verir ki, respondentlərin 54 faizi Baydenin prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib.

Prezidentliyin doqquz ayı ərzində onun reytinqi müəyyən məsələləri yanaşma ilə bağlı xeyli aşağı düşüb. Oktyabrda respondentlərin 51 faizi prezidentin koronavirus pandemiyası ilə mübarizə tədbirlərini bəyəndiyini bildirib, apreldə isə bu rəqəm 69%-dən çox idi.

Baydenin iqtisadi qərarlarını yalnız 40% respondent bəyənib, bu ilin aprelində bu gostərici 52%-ə bərabər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə