Belçikanın paytaxtı Brüsseldə ətraf mühit tərəfdarları iqlim dəyişikliyinə diqqət çəkmək üçün Avropa Parlamentinə (AP) yürüdülər. SİA bu barədə türk mətbuatına istinad edir.
Brüsseldə toplanan yüzlərlə fəal Şotlandiyanın Qlaskov (Glasgow) şəhərində keçiriləcək zirvə toplantısından əvvəl iqlim dəyişikliyinə münasibət bildirmək üçün nümayiş təşkil etdi.
Mərkəzi Qatar Stansiyasında toplanan ətraf mühit tərəfdarları Avropa İttifaqı (Aİ) təşkilatlarının olduğu bölgədən keçərək Avropa Parlamenti qarşısındakı Lüksemburq Meydanına addımladılar.
Nümayişçilər çox sayda qeyri-hökumət təşkilatlarının iştirakıyla iqlim dəyişikliyi ilə mübarizə şüarları atdılar.
Gediş-gəlişə bağlanılan prospektlərlə yürüyən fəallar fransız, holland və ingilis dillərində pankartlar açmışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB