"Taliban"dan ilk diplomatik nümayəndə təyinatı

"Taliban"dan ilk diplomatik nümayəndə təyinatı

"Taliban" Paskistanın Əfqanıstandakı səfirliyinə və İslamabaddakı Baş konsulluğuna rəhbərlik edəcək 4 nümayəndəsini təyin edib. SİA bu barədə xarici mətbuata istinad edir.

Məlumata görə, Molla Məhəmməd Şakib Əfqanıstanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili təyin edilib.

Molla Hafiz Muhibullah, Molla Məhəmməd Abbas və Molla Məhəmməd Rəsul isə Pişəvər, Kəraçi və Kvettada baş konsul vəzifələrində çalışacaqlar.

Qeyd edək ki, bu ilin iyulunda Əfqanıstan Pakistandakı səfir Nəcibullah Əlixili geri çağırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə