Ermənilər koronavirusdan daha öz puluna müalicə alacaq

Ermənilər koronavirusdan daha öz puluna müalicə alacaq

Ermənistanda peyvənd olunmayan vətəndaşların dekabrın 1-dən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunacaqları istisna edilmir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Qeyri-infeksion xəstəliklər və xəstəxanadaxili infeksiyaların epidemiologiyası şöbəsinin müdiri Romela Abovyan hökumətin mətbuat xidmətinə müsahibəsində bildirib.

“İstisna edilmir ki, peyvənd olunmayan vətəndaşlar dekabrın 1-dən etibarən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunsunlar. Beynəlxalq şirkətlərin qeyd etdiyi kimi, digər ölkələrin təcrübəsi də peyvəndin bu xəstəliyə qarşı mübarizənin ən təsirli vasitəsi olduğunu göstərir”, – o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə