La Palmadakı vulkana turistlər axın edib

La Palmadakı vulkana turistlər axın edib

İspaniyanın Kanar adalarının La Palma adasında bir aydan çoxdur davam edən vulkanik fəlakət çoxlu turist cəlb etməyi bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ada rəhbərliyi lava axını izləmək istəyən turistlər üçün avtobus xidmətləri təşkil edib.

Turistlər və fotoqraflar lavanın axdığını yaxından görmək üçün əraziyə gediblər. Vulkan müşahidə məntəqələrində və lavanın dənizə axdığı limanın yaxınlığında izdiham yaranıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə