Xartumun ətrafı Omdurman məntəqəsində hərbi şuranın təhlükəsizlik qüvvələri tərəfindən iki nümayişçi öldürülüb. SİA xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsinin bəyanatında bildirilir.
"Oktyabrın 30-da Sudan ordusunun komandanlığının qərarlarına qarşı keçirilən "milyonların nümayişi" (təşkil edilmiş) zamanı Xartumun ətrafı Omdurmanda hərbi şura qüvvələrinin atəşə tutulması nəticəsində iki etirazçı həlak olub", deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, bir qədər əvvəl RİA Novosti-nin müxbiri Omdurmanda yüzlərlə nümayişçinin küçələrə çıxdığını bildirmişdi. Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.
Xatırladaq ki, sudan hərbçiləri bazar ertəsi səhər baş nazir Abdullah Hamdoku və daha bir neçə hökumət üzvünü saxlayıblar. Sudanın Keçid Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan televiziya ilə xalqa müraciətində fövqəladə vəziyyətin tətbiqi və ölkə hökumətinin buraxılması barədə məlumat verib. Çərşənbə axşamı məlum olub ki, Hamdok və həyat yoldaşı paytaxtdakı iqamətgahlarına qayıdıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB