Fələstində fövqəladə vəziyyət müddəti uzadılıb KORONAVİRUSA GÖRƏ

Fələstində fövqəladə vəziyyət müddəti uzadılıb KORONAVİRUSA GÖRƏ

Fələstin prezidenti Mahmud Abbas şənbə günü fövqəladə vəziyyətin daha 30 gün uzadılması barədə fərman verib. SİA xəbər verir ki,bu barədə məlumatı WAFA yayımlayıb.

"Fələstin prezidenti Mahmud Abbas bu gün Fələstində fövqəladə vəziyyətin bu gündən etibarən 30 gün müddətinə uzadılması barədə qərar qəbul edib. Səlahiyyətli orqanlar koronavirusla bağlı risklərə qarşı mübarizə aparmaq üçün bütün lazımi tədbirləri görməyə davam edir", deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 453 mindən çox insan koronavirusa yoluxub, 4669 nəfər isə bu infeksiyadan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə