İstefa verildiyi zaman rahatlıq hissi keçirdiyini Merkel etiraf etdi
Almaniya kansleri Angela Merkel Almaniya prezidenti Frank-Valter Ştaynmayerin əlindən istefa bildirişini alanda həm rahatlıq, həm də minnətdarlıq hiss etdiyini bildirib. SİA xəbər verir ki, siyasətçi bunu “Frankfurter Allgemeine Zeitung” qəzetinə etiraf edib.
“Əlbəttə, mən müəyyən bir rahatlıq hiss etdim, lakin hər şeydən əvvəl bu vəzifəni 16 il tuta bildiyimə görə böyük minnətdarlıq hissi keçirdim”, deyə öz etirafında bildirib.
O əlavə edib ki, yeni hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlar plana uyğun getsə, o, daha bir neçə həftə kansler kimi fəaliyyət göstərəcək və bu, onun “tam diqqətini” tələb edəcək.
"Hər gün hadisələr baş verə bilər ki, onlara tez reaksiya verilməlidir, əlbəttə ki, indi Bundestaqda çoxluğa sahib olanlarla razılaşılacaq", deyə Merkel əlavə edib.
O, görülən işlərdən də məmnunluq duyduğunu qeyd edib.
"Bəlkə sonra mən bir az kədərlənəcəyəm", deyə siyasətçi bildirib.
Xatırladaq ki, çərşənbə axşamı, oktyabrın 26-da Almaniya prezidenti Frank-Valter Ştaynmayer istefa bildirişlərini Merkelə, vitse-kansler Olaf Şolsa, hökumət nazirlərinə və Almaniya kanslerinin departamentlərinə təqdim edib. Onların hamısı Almaniyanın yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Sentyabrın 26-da Almaniyada Bundestaqa seçkilər keçirilib. Hazırda partiyalar koalisiya yaratmaq üçün danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB