La-Palma adasına turistlər axın edib

La-Palma adasına turistlər axın edib

İspaniyanın Kanar adalarının La Palma adasında bir aydan çoxdur davam edən vulkanik fəlakət çoxlu turist cəlb etməyi bacarıb. Ada rəhbərliyi lava axınını izləmək istəyən turistlər üçün avtobus xidmətləri təşkil edib. SİA xarici mətbuata istinadən bildirir ki, vulkan müşahidə məntəqələrində və lavanın dənizə axdığı limanın yaxınlığında izdiham yaranıb. İspaniyanın La Palma adasında 40 gündür aktiv olan vulkana turist axını var. Turistlər və fotoqraflar lavanın axdığını yaxından görmək üçün əraziyə gediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə