Almanlar İşinqerin sözlərindən dəhşətə gəldilər

Almanlar İşinqerin sözlərindən dəhşətə gəldilər

Almaniyanın “Die Zeit” qəzetinin oxucuları Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinqerin Almaniyada Amerika nüvə silahının yerləşdirilməsindən imtina təhlükəsi ilə bağlı bəyanatını mənfi qarşılayıblar. SİA xəbər verir ki, bu barədə oxucular öz fikirlərini gizlətməyiblər və açıq şəkildə bildiriblər.

İşinqerin fikrincə, bu, Polşanı ABŞ-la nüvə əməkdaşlığına sövq edəcək və onunla həmsərhəd olan Rusiyanın gözlənilməz reaksiyasına səbəb olacaq.

"Həqiqətən hələ də atom müharibəsindən qalib çıxa biləcəklərini düşünən avropalıların ağlı başında deyil. Rusiyanı cilovlamaq, o cümlədən adi silahlanma yarışını təşviq etmək kimi dəhşətli siyasət təhlükəli olduğu qədər də mənasızdır", deyə oxuculardan biri yazıb.

"İşinqer hələ də ağlının son nöqtəsinə qədər Soyuq Müharibənin tərəfdarıdır. O, məhz belədir. Onun Rusiya ilə necə davranacağı ilə bağlı sovet dövründəki kimi fikirləri var", deyə başqa bir oxucu əlavə edib.

Bəzi oxucular qeyd ediblər ki, NATO İrana qarşı müdafiə bəhanəsi ilə çoxdan Rusiya sərhəddində olub və Polşada nüvə silahının peyda olması vəziyyəti o qədər də dəyişməyəcək.

"İkinci Dünya Müharibəsindən bəri almanlar rusların gəlişindən qorxurlar. Təsəvvür edək ki, onlar həqiqətən də gəliblər və cəmi bir-iki gündə adi silahlarla mini ordumuzu yararsız texnikası ilə məğlub ediblər, ələ keçiriblər", deyə şərhçilərdən biri də belə yazıb.

Bəzi oxucular da nüvə silahının ölkədən çıxarılmasını dəstəkləyiblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə