ÜST rəhbəri xəbərdarlıq edir YENİ VİRUSLA BAĞLI

ÜST rəhbəri xəbərdarlıq edir YENİ VİRUSLA BAĞLI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, qarşısını almaq mümkün olmayan yeni bir virusun ortaya çıxması barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə ÜST rəhbəri “Böyük İyirmilik” ölkələrinin səhiyyə və maliyyə nazirlərinin görüşündə deyib.

"Bioloji nöqteyi-nəzərdən heç bir şübhə yoxdur ki, nə vaxtsa bizim sadəcə saxlaya bilməyəcəyimiz başqa bir virus olacaq", deyə Qebreyesus bəyan edib.

ÜST rəhbərinin sözlərinə görə, növbəti pandemiyaya hazırlaşmaq üçün mövcud pandemiyadan dərs almaq lazımdır.

Qebreyesus qeyd edib ki, dünya birliyinin “gücləndirilmiş” ÜST-ə, sağlamlığa təhlükələrlə mübarizə üzrə maliyyələşdirmə şurası yaratmaq və pandemiya sazişi imzalamaqla pandemiyaya qarşı mübarizəni və daha yaxşı idarəetməni təmin etmək üçün yeni maliyyə mexanizminə ehtiyacı var.

Xatırladaq ki, bir qədər əvvəl ÜST rəhbəri bildirmişdi ki, bəşəriyyət buna qərar verərsə, koronavirus pandemiyası sona çatacaq, çünki dünyada xəstəliyə qalib gəlmək üçün bütün lazımi vasitələr var.

Qebreyesusun sözlərinə görə, ilin sonuna qədər dünyanın hər bir ölkəsinin əhalisinin ən azı 40%-ni peyvənd etmək "əlçatandır və mümkündür", lakin bunun üçün dövlətlər və şirkətlər öz bəyanatlarına uyğun hərəkət etməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə