Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.
SİA xəbər verir ki, Türkiyənin Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan rəsmi ziyafət hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram mesajı səsləndirilib. Türkiyə Prezidentinin ölkə daxilində və xaricində yaşayan vətəndaşlarına təbrik mesajında Azərbaycanın 44 günlük Vətən Müharibəsinə də toxunulub.
“Qarabağdakı işğala qarşı mübarizə aparan Azərbaycan türklərinə verdiyimiz güclü dəstək, Azərbaycanın kədərini dəyişib. Azərbaycanlı qardaşlarımız 30 illik işğaldan sonra öz torpaqlarına qovuşub”, - deyə R.T.Ərdoğan təbrik məktubunda vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Türkiyə və Ukrayna arasında mövcud olan əməkdaşlığa toxunub. Qeyd edib ki, Türkiyə və Ukrayna əməkdaşlığı tarixin ən yüksək səviyyəsindədir. Səfir vurğulayıb ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünə öz dəstəyini verməkdədir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Yagmur Əhməd Güldərə yay aylarında meşə yanğınlarında göstərdikləri dəstəyə görə bir daha Ukrayna hökumətinə öz təşəkkürünü bildirib.
Ukrayna dövləti adından təbriklərini çatdıran Ukraynanın müdafiə naziri Andrey Taran çıxışında ikitərəfli münasibətlərin inkişafı məsələsinə toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB