Yanvar-iyul aylarında 20 min erməni Rusiyaya köçüb

Yanvar-iyul aylarında 20 min erməni Rusiyaya köçüb

30 il əvvəl olduğu kimi hazırda da Ermənistan vətəndaşlarının ən çox mühacirət etdiyi ölkə Rusiyadır. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə Rusiya Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Ermənistan 2021-ci ildə miqrant axınına görə ilk üçlükdə yerləşir. 2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min vətəndaş axın edib.

Cari ilin ilk 6 ayında Tacikistanın 38 min, Ukraynanın 26 min vətəndaşı Rusiyaya miqrasiya edib.

Bütün xəbərlər Facebook səhifəmizdə