Zelenski “Bayraqdar”dan “razılıq” edir...

Zelenski “Bayraqdar”dan “razılıq” edir...

Ukrayna Silahlı Qüvvələri öz silahlarından yalnız dövlətin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün və yalnız Donbasda atəşkəsin pozulmasına cavab olaraq istifadə edir.

Qeyd edək ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ordunun "Bayraqdar"dan istifadə etməsinə münasibət bildirərkən deyib.

Zelenski vurğulayıb ki, Ukrayna hücum etmir, yalnız cavab verir: "Ukrayna məhz bu formatda fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, Ukrayna ordusu ilk dəfə 26 oktyabrda “Bayraqdar” PUA-sından istifadə edərək, atəş açan haubitsanı məhv edib. Bildirilib ki, haubitsadan atəş bir ukraynalı əsgərin ölümünə səbəb olubmuş.

Bütün xəbərlər Facebook səhifəmizdə