Belarus müxalifətinin lideri, Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya Avropanın Qonşuluq və Aİ-nin Genişlənmə üzrə komissarı Oliver Vargeli ilə danışıqlar zamanı Aİ-nin respublika əhalisinə koronavirusa qarşı vaksinlər şəklində yardım göstərməyə hazır olduğuna dair təminat alıb. SİA xəbər verir ki, bu barədə Tixanovskayanın mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Tixanovskaya Aİ komissarı Vargeli ilə peyvəndlərlə bağlı video zəng vasitəsi ilə danışıb. Səbəb də odur ki, müxalifət Belarusda koronavirusla bağlı vəziyyətin pisləşdiyini və COVID-19-dan ölümlə bağlı rəsmi məlumatların 10 dəfədən çox aşağı qiymətləndirilə biləcəyi qənaətindədir.
"Biz artıq ÜST, Polşa, Macarıstan və Almaniya hökumətləri ilə məsləhətləşmələr aparmışıq. Bu gün mən Aİ-nin belaruslara kömək etməyə və peyvəndlə təmin etməyə hazır olması barədə Avropa komissarının fikirlərini eşitməyə şadam", deyə Tixanovskayanın mətbuat xidmətindən bildirilir.
Eyni zamanda, o qeyd edib ki, “Belarusiyaya bu vaksinləri necə çatdırmaq və satmaq barədə bircə sual qalır”. Müxalifətçi siyasətçi əlavə edib ki, onun komandası bunun üzərində işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB