Polşanın eks-prezidenti ittiham olunur YALAN İFADƏ VERMƏKDƏ

Polşanın eks-prezidenti ittiham olunur YALAN İFADƏ VERMƏKDƏ

Polşanın keçmiş prezidenti Lex Valesa Polşa Xalq Respublikasının dövründə Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyi barədə yalan ifadə verməkdə günahlandırılıb. SİA xəbər verir ki, bu barədə Polşanın Milli Yaddaş İnstitutu məlumat yayıb.

Məlumata görə, ittihamlar Valesanın müxalifət lideri və “Həmrəylik” həmkarlar ittifaqının rəhbəri olduğu üçün Polşa Xalq Respublikasının Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməməsi barədə açıqlamaları ilə bağlıdır. Bunun əksini sübut edən dəlillər 2016-cı ildə mərhum Polşanın keçmiş daxili işlər naziri general Çeslav Kişakın evində tapılıb. Sonra Lex Valesanın xüsusi xidmət orqanları ilə əməkdaşlığını təsdiqləyən “Bolek” təxəllüsü ilə imzaladığı iddia edilən sənədlərin olduğu qovluq aşkar edilib.

"Lex Valesaya yalan ifadə verməkdə ittiham edilib. Söhbət eks-prezidentin Təhlükəsizlik Xidmətinin sənədlərində imzalarının saxtalaşdırılması ilə bağlı ifadələrindən gedir. Lex Valesanın ifadəsinin etibarlılığı bu sahədə ekspertlərin rəyini sarsıdır.“ deyə qurumundan bildirilir.

Bildirilir ki, ekspertlər general Kışçakın mənzilində tapılan qovluqdan 158 sənədi və “1963-cü ildən 2016-cı ilə qədər, yazılmış və ya imzalanmış” 140 sənədi təhlil ediblər.

Xatırladaq ki, Polşa qanunlarına görə, təqsirləndirilən şəxsi yalandan şahidlik etdiyinə görə üç aydan səkkiz ilədək həbs cəzası gözləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə