Türkiyədə yanğın baş verib

Türkiyənin Adana bölgəsində meşə yanğını baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Adananın Küp Məhəlləsində meşə sahəsində yanğın çıxdığını görənlər vəziyyəti səlahiyyətlilərə xəbər verib. Ərazinin sıldırım olması səbəbindən yanğına ancaq havadan müdaxilə etmək mümkün olub.

Qeyd edək ki, hal-hazırda yanğınsöndürənlərin quru yolu ilə bölgəyə çatması üçün də işlər davam etdirilir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə