Avropa İttifaqı koronavirus epidemiyası səbəbiylə tətbiq edilən səyahət məhdudiyyətlərinin 4 ölkəyə şamil olunmayacağını açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Avropa Şurasının verdiyi açıqlamaya görə, qeyri-vacib səyahətlər üçün müraciət edilən və məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasının tövsiyə edildiyi ölkələrin siyahısı yenilənib. Ən son yeniləmə ilə Avropa İttifaqı ölkələri Argentina, Kolumbiya, Namibiya və Peruya səyahət məhdudiyyətlərini aradan qaldıra biləcəklər.
Qeyd edək ki, siyahıya daha əvvəl Avstraliya, Kanada, Çili, İordaniya, Küveyt, Yeni Zelandiya, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri daxil idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB