İspaniyada Kumbre Vyexa vulkanın qarşısını almaq məqsədi ilə onun bombalanmasına qərar verilib. Qeyd olunur ki, İspaniya hökuməti püskürməni dayandırmaq üçün belə kəskin tədbirlərlərə əl atmaq məcburiyyətində qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli səlahiyyətlilər deyirlər ki, kraterə bomba atmaqla, lavanın düzgün istiqamətdə axmasına nail olmaq olar. Ancaq, hərbçilər və ekoloqlar arasında qeyd olunan tədbirin nə qədər doğru olub-olmadığı ilə bağlı fikir ayrılığı var. Xatırladaq ki, ötən gün İspaniyanın La Palma adasında yenidən güclü zəlzələ baş verib. Son zamanlar bu ərazidə yüzlərlə yeraltı təkanlar qeydə alınıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB