Moldovanın keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon ölkə parlamentini tərk edib.
Moldova parlamenti onun deputat mandatından imtina etməsi ilə bağlı ərizəsini rəsmən təsdiqləyib. Bu qərarın lehinə 70 deputat səs verib. SİA bu barədə rus mətbuatına istinad edir.
Qeyd edək ki, İqor Dodon 11 iyul 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdən sonra Moldovanın ali qanunverici orqanının üzvü olub. Oktyabrın 18-də Dodon deputat mandatını təhvil verəcəyinə söz verib. Respublikanın keçmiş rəhbəri parlamentdə bundan sonra da qalmasının mənası olmadığını bildirib və digər vəzifələrdə daha effektiv ola biləcəyini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB