Ukraynanın paytaxtı Kiyev noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir. SİA bu barədə rus mətbuatına istinad edir.
Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.
Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB