İngiltərə ordusunda təcavüz qalmaqalı araşdırma

İngiltərə ordusunda təcavüz qalmaqalı araşdırma

İngiltərədə aparılan bir araşdırma, ingilis ordusundakı qadın əsgərlərin təxminən 22 %-nin cinsi təcavüzə məruz qaldığını ortaya qoyub. Qadın əsgərlərə qarşı zorakılığın gündəmdə olduğu İngiltərədə bir hərbi jurnalın apardığı araşdırma, İngiltərə ordusunda qadınların cinsi təcavüzə və fiziki zorakılığa məruz qaldığını göstərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əsgərlərin təxminən 22 %-i cinsi təcavüzə, 23%-i psixoloji zorakılığa və 3,3%-i fiziki zorakılığa məruz qaldıqlarını bildirib. Araşdırmanın nəticələri onu da üzə çıxarıb ki, pis rəftara ən çox məruz qalanlar məhz gənclərdir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə