"Regionda təhlükəsizlik, sülhə alternativ yoxdur"

David Zalkaliani: Sabitliyə və inkişafa nail olmaq üçün hər bir ölkəyə birlik, sülh və iqtisadiyyatın bərpası lazımdır
"Regionda təhlükəsizlik, sülhə alternativ yoxdur"

Regionda sülh və təhlükəsizlik, strateji tərəfdaşlarımız olan ABŞ, Avropa İttifaqı (Aİ) və qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi Gürcüstan üçün əsas prioritetlərdəndir.

SİA xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mitinqində iştirak edən Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, regionda təhlükəsizlik, sülhə alternativ yoxdur. Gürcüstan təhlükəsizlik, işğal, bölgədə təhlükələrlə bağlı bir sıra təhdidlərlə üzləşib. Sabitliyə və inkişafa nail olmaq üçün hər bir ölkəyə birlik, sülh və iqtisadiyyatın bərpası lazımdır. Bu gün Gürcüstana da birlik və sabitlik əvvəllər olmadığı qədər çox vacibdir.

Ölkəsinin Aavroatlantik strukturlara inteqrasiyasına toxunana D.Zalkaliani deyib: “2024-cü ildə Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı müraciət edəcək. Eyni zamanda, NATO-ya üzv olmaq üçün səylərini davam etdirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə