“Gələn il Yəmən də kütləvi aclıqla üzləşə bilər”

“Beynəlxalq birlik tərəfindən yaxın vaxtlar lazımi yardım olmasa, Yəmən gələn ilin birinci yarısında kütləvi aclıqla üzləşə bilər”.

Bunu BMT nəzdində Dünya Ərzaq Proqramının icraçı direktoru David Besli (David Beasly) Dubayda bildirib.

Onun sözlərinə görə, 7 ildir davam edən müharibə üzündən artıq aclıqla üz-üzə gələn ölkə üçün 2022-ci ilin birinci yarısı “amansız” olacaq.

“Bir neçə həftə sonra vəsaitimiz tükənəcək. Hazırkı mərhələdə böyük həcmdə əlavə ianələr gəlməsə, aclıqdan necə yayına biləcəyimizi görə bilmirəm”, – proqram rəhbəri vurğulayıb.

Qeyd edək ki, qonşu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə yerli Husi qiyamçıları arasında mübarizənin getdiyi Yəməndə dünyanın ən böyük humanitar böhranı baş verib. Belə ki, iqtisadiyyatın məhv olması, həmçinin husilər tərəfindən nəzarət olunan bölgələrə idxal əməliyyatlarına koalisiyanın törətdiyi əngəllər üzündən ölkə boyu 16 milyon sakin aclıqla üz-üzə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB