Gündəmdən düşməyən UFO görüntülərindən bəhs edən NASA prezidenti Bill Nelsonun açıqlamaları sosial mediada çox danışılmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nelson, bu cisimləri görən pilotlarla danışdığını və aşağıdakı ifadələri işlətdiyini ifadə edib: “Bir şey gördüklərini deyiblər. Radarları da bu obyektdə kilidlidir. Amma bunun nə olduğunu bilmirik. Dünyada bu cür texnologiyaya sahib düşmən olmadığına ümid edirik”.
Yerdənkənar həyat axtarışının NASA-nın ən vacib missiyalarından biri olduğunu vurğulayan Nelson, paralel kainat nəzəriyyələrinə də toxunub. Nelson kainatda Yerdən başqa həyatın olduğuna inandığını ifadə edərək, “Mənim şəxsi fikrim budur ki, kainat çox böyükdür və indi hətta başqa kainatların da ola biləcəyinə dair nəzəriyyələr var və əgər belədirsə, mən kiməm ki, Yer planetinin yeganə planet olduğunu söyləyim” bildirib.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB