ABŞ-da təxminən bir aydır itkin düşən və axtarışları davam edən 5 yaşlı Elijah Levisdən üzücü xəbər gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, balaca Elijahın cəsədi xilasedici qrupların bir gün əvvəl axtarışlara başladığı Abinqtonda tapılıb. Kiçik oğlanın ölüm səbəbi hələ məlum olmasa da, Elijahın 35 yaşlı anası Daniel Denise Daufins və sevgilisi 30 yaşlı Cozef Stapf kiçik oğlanın itməsi ilə əlaqədar polis tərəfindən saxlanılıb.
Başlanğıcda təxminən 6 aydır itkin düşdüyü düşünülən Elijah Levis, şahidlərin ifadələri ilə itkin düşdüyü müddət 1 ay hesablanıb. Plimut Dairəsinin Prokuroru Tim Kruz bunları deyib: “Kiçik bir oğlan öldü və heç kim belə ölməyə layiq deyil. Biz bu balaca oğlan üçün ədaləti təmin etmək üçün əlimizdən gələni edəcəyik” ifadələrindən istifadə edib.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB