Türkiyənin milli istehsal məhsulu TÜRKOVAC...

...hamı bu vaksin ilə peyvənd olmaq istəyir

COVID-19 infeksiyasına qarşı Türkiyənin milli istehsal məhsulu TÜRKOVAC vaksini ilə peyvənd olmaq istəyən könüllülərin sayı artmaqdadır.

SİA xəbər verir ki, iki dəfə Çin istehsalı Sinovac qəbul edən 400 vətəndaş üçüncü peyvəndlərini TÜRKOVAC vaksini vurdurmağa qərar veriblər.

Qeyd edək ki, TÜRKOVAC-ın real sınaq tətbiqi üçüncü mərhələyə çatıb. Mütəxəssislər əminliklə bildirirlər ki, TÜRKOVAC COVID-19 infeksiyasının ən sərt növlərinə qarşı dayanaqlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə