Merkelin Putinlə ciddi fikir ayrılıqları var

Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putinlə hələ 2001-ci ildə onun Bundestaqdakı çıxışından sonra aralarında fikir ayrılığı düşdüyünü söyləyib. Qeyd edək ki, bu barədə o, “Süddeutsche Zeitung” nəşrinə verdiyi açıqlamada bildirib.

“Aramızda əhəmiyyətli fərqlərin olduğu hər zaman mənə aydın idi. Rusiya prezidenti üçün Sovet İttifaqının dağılması faciəvi hadisədir, biz, əksinə, soyuq müharibənin başa çatmasının sevincini, Almaniya və Avropa birliyinin sevincini hiss etdik”, - deyə Merkel etiraf edib

Alman kanslerə görə, o Putinin Krımı ilhaq edib və bununla Ukraynanın şərqində vəziyyətin hərbi qarşıdurmaya gətirəcəyini heç vaxt təsəvvür etmirdi.

Xatırladaq ki, 2001-ci ilin sentyabrında Bundestaqda çıxış edib Rusiyanı Avropanın ən böyük gücü adlandıran Rusiya prezidenti buna baxmayaraq, Avropada bir çox mühüm qərarların onun iştirakı olmadan qəbul edidiyini bildirmişdi. Həmin ərəfədə Putin Soyuq Müharibə nümunələrindən imtina etməyə və həm Avropa, həm də qlobal təhlükəsizlik arxitekturasında bərabərhüquqlu tərəfdaşlar olmağa çağırmışdı.

Burada maraqlı nüans bilirsiniz nədir: Merkelin Putinlə etimad münasibətləri qurmağın mümkünlüyünü etiraf etməsi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...