Hulusi Akar amerikalı həmkarı ilə görüşüb

Milli Müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Lloyd Ceyms Ostinlə görüşüb. SİA bu barədə türk mətbuatına istinad edir.
H. Akar NATO Müdafiə Nazirləri Toplantısına qatılmaq üçün gəldiyi NATO qərargahında müxtəlif görüşlər keçirib.

İngiltərənin müdafiə naziri Ben Uolleslə görüşən Akar daha sonra iclasdan əvvəl ABŞ-ın müdafiə naziri Ostin ilə qısa görüş keçirib.

Görüşdə Romada keçiriləcək G20 Liderlər Zirvə Toplantısına qədər müsbət gündəm yaradılması üçün ətraflı görüşün keçirilməsinin zəruriliyi müzakirə olunub.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə