Rusiyada koronavirus yenidən tüğyan edir

Rusiyada koronavirus səbəbiylə ölənlərin sayı bir gündə 1 036 nəfər artaraq (bir gün əvvəl 1 028 nəfər) 227 389-a çatıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Şərti ölüm halı (sonuncusu yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.

Xüsusilə, Sankt-Peterburqda gündə 68, Krasnodar vilayətində 41, Nijni Novqorod vilayətində 40, Sverdlovsk vilayətində və Başqırdıstan Respublikasında 36 ölüm hadisəsi qeydə alınıb.

Son sutkada 36 339 nəfər olmaqla ümumi yoluxma sayı 8 131 164-ə çatıb. Bu da yeni maksimumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...