Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər ölüb.
SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 213 nəfər test edilib, onların 28 465-nin koronavirus testi pozitiv nəticə verib, 29 160 nəfər sağalıb.
Nazirliyin məlumatına görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 807 774 peyvənd tətbiq edilib ki, bunun 88,71 faizi birinci, 77,04 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB