Britaniyada son gündə koronavirusdan 115 nəfər ölüb

Böyük Britaniyada son sutka ərzində 52 009 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 641 221 nəfərə çatıb.

SIA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 115 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 146 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə