“Dünya beşdən böyükdür” açıqlamasına münasibət

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsini qazanan və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan məhdud saylı ölkələrdən asılı olduğu fikrinə münasibət bildirib.

SİA-nın Rusiya bürosunun məlumatına görə, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür açıqlamasının səbəblərini başa düşdüyünü söyləyib: "Görünür, o hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq qərarı Rusiya vermir - bu cür məsələlərin həlli üçün qərar konsensus əsasında verilir.

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil edilməsi məsələsinin qaldırılmasını ədalətli hesab etdiyini də söyləyib: "Burada fərqli həllər mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...