Tramp şəxsi şəbəkəsində fəaliyyətə başlayır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "TRUTH Social" şəbəkəsinin açılacağını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə The Hill qəzeti xəbər verib.

D.Tramp bildirib: "Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım".

ABŞ-ln keçmiş prezidenti tezliklə "TRUTH sosial şəbəkəsində həqiqəti" dərc edə biləcəyinə görə sevincini ifadə edib:

"Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə