Fransa polisinə yanlış xəbər verilib

Fransa polisi yalan partlayıcı qurğu xəbərdarlığı ilə bağlı 300-ə yaxın insanı təxliyə edib
Fransa polisinə yanlış xəbər verilib

Fransa polisinə Lill yaxınlığında yerləşən Vertbaudet uşaq geyimləri şirkətinin anbarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

SİA “Agence France-Presse”ə istinadən xəbər verir ki, xəbərinin yayılmasından sonra təxminən 300 işçini şirkətdən təxliyə edilib.

Prokurorluqdan bildirilib ki, hadisə yerinə 5 mühəndis-istehkam qrupu göndərilib. Araşdırma zamanı məlum olub ki, polisə bilərəkdən yalan məlumat verilib.

Yalan xəbər verən şəxs saxlanılıb. Onun həmin anbarda müvəqqəti işçi kimi çalışdığı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə