Estoniyadakı seçkilərdə hakim partiya öndədir

Oktyabrın 17-də keçirilən yerli seçkilərdə onlayn səsvermədə Estoniyada sağ Liberal İslahat Partiyasının ən çox səs topla dığı bildirilir.

Bu barədə rus mətbuatına istinad edən SİA bildirir ki, seçkilərdə ümumilikdə 263 566 nəfər internet vasitəsilə səs verib ki, bu da rekord göstəricidir. Səslərin böyük əksəriyyətini (64 459) hakim koalisiyaya rəhbərlik edən Liberal İslahat Partiyası qazanıb. Rusdilli seçicilərin maraqlarını müdafiə edən Mərkəz Partiyası 42 748 səs toplayaraq İnternet səsverməsində ikinci yeri tutub. Ardınca mühafizəkar Vətən Partiyası (25 804 səs), Mühafizəkar Xalq Partiyası (24 232), "Estoniya 200" liberal partiyası (23 514) və Sosial-Demokrat Partiyası (17 293) gəlir.

Bildirilir ki, səsvermədə seçicilərin 54,7 faizi iştirak edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə