Bill Qeytsin qızı Cennifer dini bir nikah edib

"Microsoft"un qurucusu Bill Qeytsin böyük qızı Cennifer, misirli nişanlısı Nayel Nazarla evlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vətəndaş evliliyindən əvvəl cütlük dini bir toy edib. "Microsoft"un qurucusu və dünyanın ən varlı iş adamlarından olan Bill Qeyts və boşandığı həyat yoldaşı Melinda Frenç, Qeytsin böyük qızı Cennifer və misirli müsəlman Nayel Nazar üçün ilk dəfə imam nikahını ediblər. Cütlük bir gün sonra Qeytsin möhtəşəm malikanəsində qonaqların iştirakı ilə keçirilən böyük toy mərasimi ilə evləniblər. Toy Qeytsin Nyu-Yorkdakı Vestçesterdəki evində keçirilib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə