“Kişi dövləti” Rusiyada qadağan edildi?

Rusiyanın Nijni Novqorod Vilayət Məhkəməsi ekstremist təşkilat kimi tanınınan “kişi dövləti”nin qadağan edilməsi ilə bağlı iddia qaldırıb.

Qeyd edək ki, rusiyalı bloger Vladislav Pozdnyakovun rəhbərlik etdiyi bu təşkilat daha çox qadınlara qarşı zorakılıq, təhdid və təcavüzlə məşğuldur.

Rusiyanın xarici media agenti olaraq tanınan “Mediazona” xəbər verir ki, iddiada Pozdnyakovun qadınlara qarşı nifrət salmaqda ittiham olunduğu və Xabarovskdan olan 4 tərəfdarının “ekstremist cəmiyyət” yaratmaqda məhkum edildiyi də qeyd olunur.

Onu da qeyd edək ki, məhkəmədə ekstremist təşkilata məxsus üç telegram kanalın da qadağan edilməsi tələb edilib.

Maraqlıdır ki, bəzi rus saytları hakim Anna Belovanın bu iddianı təmin etməklə “kişi dövləti”ni ekstremist bir təşkilat olaraq tanıdığını bildirirlər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə