“Tibbi şura Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərarı sabah verəcək”.
Bunu bu gün Rustavi həbsxanasında həkim müayinəsi aparan həkim Nikoloz Kipşidze deyib.
“Məsləhətləşmənin günün hansı saatı olacağı hələ bilinmir, ancaq Mixail Saakaşvilinin xəstəxanaya yerləşdiriləcəyi ilə bağlı qərar veriləcək”. “İnterfaks” bu fikirləri Mixail Saakaşvilinin şəxsi həkiminin dediklərinə istinadən yayıb.
Həkimin sözlərinə görə, siyasətçi bütün lazımi testlərdən keçməyə hazırdır. Qeyd edək ki, artıq 18 -ci gündür (?) aclıq aksiyası keçirən Saakaşvilinin ümumi vəziyyətini şərh edən Kipşidze, bu gün pilləkənlərlə enərkən əvvəlki günlərdən daha yaxşı düşdüyünü söyləyib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB