“Mən acizəm, qızım”...bu dəfə erməni dilində?

Ötən gün hakim “Mülki müqavilə” fraksiyasından olan millət vəkili Qaqik Melkonyan Qarabağdakı rus sülhməramlılarına minnətçi düşərək guya “artsax”dakı erminənilərin azərbaycanlılar tərəfindən “incidildiklərini” bildirib. Deyilənə görə, Melkonyana bu tapşırığı, yəni ruslara minnətçi düşməyi baş nazir Nikol Paşinyan şəxsən özü tapşırıbmış.

Onu da deyim ki, bu dəfə də dillərini dinc saxlamayan bəzi ermənilər, general Qaqik Melkonyana tənə dolu bir sual ünvanlayıb soruşublar ki, ara, bəs nə oldu, dünənəcən “artsax”ın təhlükəsizliyinin “qarqntı olan” Ermənistan indi bəyəm ölüb?

...Nə oldu bəs, o gün də Nikol valı dəyişib deyir ki, hazırda Qarabağdakı ermənilərin təhlükəsizliyinin qarantı biz yox, ruslardır. Ona görə də, bu məsələlərlə bağlı bütün suallar onlara ünvanlanmalıdır. Yəni Rusiya səfirliyi ilə əlaqə saxlayıb təhlükəsizliyin qarantı olduqlarını onlara xatırlatmaq lazımdır.

...Hazırda Qarabağda vəziyyətin niyə “pisləşdiyini” onlardan soruşmaq lazımdır.

Qeyd edək ki, ermənilərə yer eləyən məsələlərdən biri də, dünənə qədər Ermənistan Müdafiə nazirinin müavini olmuş general Qaqik Melkonyanın indi quzuya dönüb, “sadiq qul” rolu oynamasıdır. Deyim ki, bu gün əksər ermənilər 44 günlük müharibə dövründə generel Qaqikin verdiyi yalan bəyanatları yaxşı xatırlayırlar. Belə ki, həmin ərəfədə Azərbaycan Ordusu “qəhrəman erməni əsgərlərini” əzib Şuşanı ələ keçirəndə, Melkonyan utanmadan “artsaxın özünümüdafiə ordusunun” “azəriləri qırıb-çatmaları” barədə yalan bəyanat verirdi. İrəvanda oturub ermənilərin sürətli qələbəsi üçün birləşib cəbhə bölgəsinə getməyi təbliğ edirdi. Amma indi, işə bax, erməni gneral rus sülhməramlıların minnətçi düşüb, həmin ərazilərdəki ermənilərdən göz-qulaq olmalarını təvəqqe edir.

Hələ bu bəs deyilmiş kimi, yenə də ermənilərin “başını bişirmək üçün” yalan danışmağından belə qalmır. Amma bildirək ki, onun bu dəfəki canfəşanlığı əsassızdır.

Çünki ermənilər elə Melkonyanın da təmsil olunduğu hakim Ermənistan partiyasının artıq “artsax”dan imtina etdiklərini yaxşı anlayırlar.

... Amma, etiraf edilməlidir ki, Qarabağda yaşayan azsaylı ermənilər hələ də qorxu içində yaşadıqlarını gizlətmirlər. Əslində onları qorxudan bəzi bədniyyət ermənilərin törətdikləri təxribatlar və bu təxribatlara Azərbaycan tərəfindən verilən adekvat cavabdır.

Qeyd edilməlidir ki, hazırda Qrabağda yaşayan azsaylı ermənilərin bu ərazilərdən çıxma ehtimalı daha açıqdır. Ermənilərə görə, guya bu da Bakının “ən böyük arzularından biridir”.

Onlara görə, əgər bu arzu reallaşsa, bu halda Moskvanın sülhməramlı missiyası tədricən bütün mənalardan məhrum ediləcək. Yəni onlar üçün burada heç bir iş qalmayacaq deyə, daha rus sülhməramlılarına da ehtiyac olmayacaq. İrəvan isə hələ də əlindən heç nə gəlməyən “uşaq kimi”, baş verənləri “məlul-məlul” izləyir.

...Yeri gəlmişkən, bu ilin 9 ayı ərzində Ermənistana hava yolu ilə gələnlərin sayı 815.236 nəfər, gedənlərin sayı isə 889.742 nəfər olub. Erməni etirafına görə, əslində 74 mindən çox erməni ölkədən qayıtmamaq şərti ilə uçub gediblər.

Təbii ki, bunların, yəni uçub gedənlərin bəziləri xaricdə ailələrinin təhlükəsizliyini təmin etmək üçün fürsət axtaran “artsax”lılardır. Təhlükəsizliyin qarantı kimi görünən “artsax xalqı”, lakin bu onlara təhlükəsizlik hissinə zəmanət vermir. İrəvan isə artıq əllərini çoxdan yuyub oturub.

...Yəqin, çoxlarınız “Nəsimi” filmindən belə bir epizodu xatırlamış olar: ...deməli, Nəsimi Teymurun hüzuruna aparılarkən ona aşiq olan Şəms atası şeyx Əzimdən bunun dayandırılmasını istəryir atası isə lakonik bir cavab verir: “mən acizəm, qızım”...

...Görən, bunun ermənilərin bu günü ilə bir oxşarlığı yoxdu ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə