Oktyabrın 17-də, saat 00:06 radələrində Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Zəngəzur (Syunik) regional şöbəsinə Meğri-Qafan avtomobil yolunda qəza baş verməsi barədə məlumat daxil olub. SİA erməni KİV-inə istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası hadisə yerinə yola düşüb.
Məlum oldu ki, M-2 avtomobil yolunun Meğri-Qacaran hissəsinin 21-ci km-də İran İslam Respublikasının vətəndaşı 1984-cü il təvəllüdlü J.S-nin idarə etdiyi yük maşını yoldan çıxaraq təxminən 100 m dərəyə yuvarlanıb. Nəticədə sürücü kabinədə sıxışıb.
Xilasedicilər xəsarət almış sürücünü təcili yardımla xəstəxanaya aparıblar. Zərərçəkən Meğri Tibb Mərkəzinə yerləşdirilib, həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB