İngilis deputatı öldürən "adını deyib"

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasından olan deputat Deyvid Amessin qətlində şübhəli bilinən şəxsin adı açıqlanıb.

SİA “Sky News” telekanalına istinadən xəbər verir ki, hadisəni törədən şəxs əslən Somalidən olan 25 yaşlı Əli Harbi Əlidir.

Britaniya polisinin məlumatına görə, sözügedən isim əvvəllər təhlükəsizlik xidmətlərinin siyahısında olmayıb.

Qeyd edək ki, qətllə bağlı istintaq “Scotland Yard” Terrorla mübarizə bölməsi tərəfindən aparılır.

Xatırladaq ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess oktyabrın 15-də İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb. O, hadisə yerində həyatını itirib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə