Türkiyə lazerlə uçan pilotsuz aparat yaradıb

Türkiyədə minalardan təmizləmə sahəsində yeni bir nəsil texnologiya təqdim edir: dörd pervaneli helikopter- quadcopter. Qeyd edək ki, “TÜBİTAK” və “ASISGUARD” tərəfindən təqdim olunan quadcopterlər minaları aradan qaldırmaq üçün güclü lazerlə təchiz olunub.

Bildirək ki, quadcopterə PKK tərəfindən Trabzon vilayətində şəhid olan Süleyman Soylunun şərəfinə “Eren” adı verilib.

“Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, “Eren” lazeri sınaqlar zamanı 100 metr yüksəklikdən 3 millimetrlik polad lövhəni 10 saniyədə deşə bilib. Beləliklə, minalanməş ərazi üzərində gəzən quadcopter, təhlükəsiz bir məsafədən müəyyən edilmiş minaları partlada bilir.

Onu da qeyd edək ki, hazırda quadrocopterlər üzərində son işlər aparılır.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə