İranda son sutkada 197 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 197 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 857 nəfər yoluxub.

SİA -nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 123 695 nəfərə, yoluxanların sayı isə 5 765 904 nəfərə çatıb. Virus daşıyıcılarından 4 924 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 294 981 nəfər koronavirusdan sağalıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə