“Uşaqların peyvənd olunmasına hazırıq”

“Uşaqların peyvənd olunmasına hazırıq”

ABŞ 5-11 yaş arasındakı bütün uşaqların koronavirusa qarşı peyvəndlənməsinə hazırdır.

Bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə koronavirusun yayılmasına qarşı mübarizənin gedişi ilə bağlı keçirdiyi brifinqdə açıqlayıb.

“Valideynlər 5-11 yaş arası uşaqlar üçün peyvəndləri səbirsizliklə gözləyirlər. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti peyvəndin bu yaş kateqoriyasına uyğun olub-olmaması ilə əlaqədar bir neçə həftə ərzində qərar verə bilər”, – Bayden deyib.

ABŞ Prezidenti vurğulayıb ki, uşaqların peyvənd olunması üçün yetərincə dərman alınıb.

Bundan əvvəl “Pfizer” və “BioNTech” 5 yaşdan 11 yaşa qədər olan uşaqlar arasında koronavirus peyvəndinin təcili istifadəsinin təsdiqlənməsi üçün Ərzaq və Dərman İdarəsinə müraciət edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə